» » "Qaçqınkom" sədri Mixael Kindsqrabla görüşdü

"Qaçqınkom" sədri Mixael Kindsqrabla görüşdü

Bölmə: Xəbər
"Qaçqınkom" sədri Mixael Kindsqrabla görüşdü
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb.

Xalqinfo.az xəbər verir ki, Dövlət Komitəsinin sədri qonaqları səmimiyyətlə salamlayaraq, Azərbaycanla Almaniya arasında əlaqələrin inkişaf etdiyini, Federal Kansler xanım Angela Merkelin bu ilin avqustunda ölkəmizə səfərinin tarixi əhəmiyyət daşıdığını və ikitərəfli əlaqələrə yeni təkan verdiyini qeyd edib.

Almaniyalı diplomatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticəsində 1 milyon 200 min azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bildirilib, bu humanitar fəlakətin fəsadları və onların aradan qaldırılması üçün dövlətimizin və hökumətimizin gördüyü tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü və davamlı iş aparılır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə icra edilən Dövlət Proqramı çərçivəsində yeni yaşayış kompleksləri salınır, məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunurlar. Hələ də ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıqlarının icrası davam etdirilir.

Görüşdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkəmizdə məcburi köçkünlərlə bağlı icra etməyə başladığı layihə, həmçinin bu kateqoriyadan olan vətəndaşlarımızın məşğulluğunun genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler