» » Naxçıvandan Türkiyəyə 105 kq narkotika keçirmək istədi - Fotolar

Naxçıvandan Türkiyəyə 105 kq narkotika keçirmək istədi - Fotolar

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Naxçıvandan Türkiyəyə 105 kq narkotika keçirmək istədi - Fotolar
Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin Muxtar Respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) Xalqinfo.az-a verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı Culfa gömrük-sərhəd buraxılış məntəqəsində qeydə alınıb.

Belə ki, Naxçıvana gələn 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi 79 EE 567 dövlət nömrə nişanlı "Renault" markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.

Gömrükçülər qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105,4 kq narkotik vasitə - heroin aşkar edərək götürüb.

Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə Türkiyə gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni İstanbul şəhərinə aparacağını deyib.

Faktla bağlı Naxçıvan DGK-nın İstintaq şöbəsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açıb.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Naxçıvandan Türkiyəyə 105 kq narkotika keçirmək istədi - Fotolar
Naxçıvandan Türkiyəyə 105 kq narkotika keçirmək istədi - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler