» » BDU-nun sabiq dekan müavininin işi yenidən

BDU-nun sabiq dekan müavininin işi yenidən MƏHKƏMƏDƏ

Bölmə: Xəbər
BDU-nun sabiq dekan müavininin işi yenidən Bu gün Bakı Apelyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin sabiq dekan müavini Məhəmməd İmanlının vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı prokurorluğun protestinə baxılıb. lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə şikayət üzrə ilkin baxış iclası keçirilib. Məhkəmə prosesi dekabrın 15-də davam etdiriləcək.
Qeyd edək ki, BDU-nun hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakini Ziyad Süleymanovdan BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Məhəmməd İmanlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət tərkibi görüb. O, məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd İmanlı hökmdən apelyasiya və kasasiya şikayəti versə də, cəzası dəyişdirilməyib. O, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib. Sabunçu rayon Məhkəməsinə müraciət edən Məhəmməd İmanlının işinə baxılıb. Məhkəmə onun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.
Məhkəmənin qərarından prokurorluq narazı qalıb və apelyasiya protesti verib. Prokurorluğun protesti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Bir müddət əvvəl məhkəmənin ilkin baxış iclasının qərarından kasasiya şikayəti verilib. Bu günlərdə Ali Məhkəmədə işə baxan hakimlər kasasiya şikayətini təmin etməyiblər və işə baxılması üçün cinayətin işinin materialları yenidən apelyasiya instansiyasına qaytarılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler