» » Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı

Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı

Bölmə: Xəbər
Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı
Bu gün, oktyabrın 17-də, ölkə ərazisində hava yağmurlu keçəcək.

Bunu Xalqinfo.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

G.Məmmədova bildirib ki, hava şəraiti oktyabrın 18-dən sabitləşəcək:

“Gün ərzində bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Ayın 18 və 19-da hava şəraiti sabitləşəcək və yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləklərində üstünlük müşahidə olunacaq”.

Gülşad Məmmədova qeyd edib ki, yaxın günlərdə hava şəraitində temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler