» » Bu rayonlarda 5 gün qaz olmayacaq

Bu rayonlarda 5 gün qaz olmayacaq

Bölmə: Xəbər
Bu rayonlarda 5 gün qaz olmayacaqSentyabrın 11-dən 15-nə kimi (5 gün müddətində) Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Ağcabədi rayonlarının qaz təchizatı dayandırılacaq.

Xalqinfo.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Məlumata görə, qaz təchizatının dayandırılması ölkənin Qərb regionu üzrə inzibati rayonların ərazilərində yerləşən qaz təchizatçılarının fasiləsiz və etibarlı şəkildə təbii qazla təmin edilməsi, həmçinin şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş mövcud diametri 1020 mm-lik “Qazıməmməd-Qazax” (I xətt) magistral qaz xəttinin 182-210 km-lər arası hissəsinə birləşdirilməsi zəruriyyəti ilə əlaqədardır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler