» » Yanan məscidlə bağlı yeni xəbər:


Yanan məscidlə bağlı yeni xəbər: polis içəri heç kimi buraxmır

Bölmə: Xəbər, BLOK XƏBƏR
Yanan məscidlə bağlı yeni xəbər:Yandırılan Qaraçuxur məscidinin artıq təmirinə başlanılıb
Xalqinfo.az virtualaz.org-a istinadən xəbər verir ki, məscidin axundu Mirmahmud Fəttayev başda olmaqla məscid camaatı dəyən zərəri aradan qaldırmağa başlayıb.

Məscidin, əsasən, giriş hissəsinə ziyan dəyib. İbadətgahın xalçası yanıb və yararsız hala düşüb, binanın divarlarını his basıb. Məscidin kondisionerlərinə və isitmə (kombi) sisteminə də zərər dəyib. Pəncərələrin şüşələri sınıb.

Məscidin axundu və digər səlahiyyətli şəxslər mətbuata olayla bağlı heç bir açıqlama verə bilməyəcəklərini deyirlər. İbadətgahın ərazisində çəkiliş aparmağa da icazə verilmir. Polis məscidi tam nəzarətə götürüb.

Qeyd edək ki, məscid kamera sistemi ilə təchiz olunub. Allah evini yandıran şəxslər nəzarət kameralarına düşüb. Polis görüntülərə əsasən araşdırmalara başlayıb.

Müxbirimizin əldə etdiyi məlumata görə, yanğını törədən iki şəxs hələ saxlanılmayıb. Lakin onları məscidə gətirən taksinin sürücüsü saxlanılıb. O, artıq Sabunçu Rayon Polis İdarəsi 32-ci polis bölməsindədir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Qaraçuxur məscidi 1992-ci ildə azərbaycanlı və türkiyəli iki iş adamının təşəbbüsü ilə tikilib. Hazırda ən çox camaatı olan məscidlərdən biridir. Bu məsciddə sünni və şiə camaatı birlikdə ibadət edir. Bu günədək məsciddə heç bir insident baş verməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler