» » “Ağcabədili manyak”la bağlı -

“Ağcabədili manyak”la bağlı - RƏSMİ AÇIQLAMA

Bölmə: Xəbər, BLOK XƏBƏR
“Ağcabədili manyak”la bağlı - Baş Prokurorluq Ağcabədi rayonunda seksual manyak tərəfindən 54 nəfərin zorlanması ilə bağlı xəbəri təkzib edib.
Xalqinfo.az lent.az-a istinadən bildirir ki, bəzi kütləvi informasiya vasitələrində Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən - 1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlunun guya 54 nəfəri zorlamasına dair həqiqəti əks etdirməyən məlumatlar dərc edilib.

Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilir və bununla əlaqədar bildiririk ki, həmin cinayət işi üzrə 2 nəfər zərər çəkmiş şəxs qismində tanınıb.

Əli Gülmalıyev isə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler