» » Zakir Həsənov türkiyəli generalla görüşdü - FOTO

Zakir Həsənov türkiyəli generalla görüşdü - FOTO

Bölmə: Xəbər, MANŞET
Zakir Həsənov türkiyəli generalla görüşdü - FOTONoyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov işçi səfərilə ölkəmizdə olan Türkiyə Respublikasının Jandarma Baş Komandanı ordu generalı Abdullah Atayı qəbul edib.

Xalqinfo.az axar.az-a istinadən xəbər verir ki, Müdafiə naziri general-polkovnik Z.Həsənov qonağı salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə artdığını, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu qeyd edib.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı Abdullah Atay da öz növbəsində səmimi qəbul üçün təşəkkürünü bildirərək, dövlətlərimizin əlaqələrinin qədim tarixi bazaya, mehriban dostluq. qardaşlıq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi Hasan Nevzat Taşdeler iştirak edib.

Zakir Həsənov türkiyəli generalla görüşdü - FOTOZakir Həsənov türkiyəli generalla görüşdü - FOTO

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler