» » Azərbaycanda bir ailə qəzaya düşdü:

Azərbaycanda bir ailə qəzaya düşdü: 3 yaralı

Bölmə: Xəbər
Azərbaycanda bir ailə qəzaya düşdü:Zaqatalada baş verən yol qəzasında bir ailənin 3 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xalqinfo.az milli.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 134-cü kilometrliyində baş verib. 1980-cı il təvəllüdlü, Zaqatala rayon sakini Məmmədov Telman Sabir oğlunun idarə etdiyi 62-BF-113 dövlət nömrə nişanlı "VAZ 21-102" markalı avtomobil Balakən rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn, Zaqatala rayon sakini Məmmədov Etibar Məhəmməd oğlunun idarə etdiyi "Toyota Prado" markalı 90-EM-222 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ 21-102" markalı avtomobilin sürücüsü Telman Məmmədov və avtomobildə olan digər sərnişinlər, sürücünün valideynləri - 1957-ci il təvəllüdlü Məmmədov Sabir Abdurahman oğlu və 1958-ci il təvəllüdlü Məmmədova Zərqələm müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan Telman Məmmədovun vəziyyəti yüngül olduğundan ona ambulator yardım göstərilərək evə buraxılıb. Məmmədov Sabir və onun həyat yoldaşı Məmmədova Zərqələmin müalicəsi isə davam etdirilir. Həkimlər yaralıların vəziyyətini orta ağır qiymətləndirirlər. Hadisənin dəqiq təfərrüatları aparılan araşdırmalardan sonra bəlli olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler