» » BQXK ölən erməni pilotların taleyi ilə maraqlandı

BQXK ölən erməni pilotların taleyi ilə maraqlandı

Bölmə: Xəbər
BQXK ölən erməni pilotların taleyi ilə maraqlandıBeynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) cəbhə bölgəsində vurulan helikopterin pilotları ilə bağlı əlaqədar orqanlarla dialoq aparır.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova apa-ya açıqlamasında bildirib ki, təmsilçisi olduğu qurum noyabrın 12-də baş vermiş hadisə barədə məlumatlıdır: “Cenevrə konvensiyalarına görə, münaqişə tərəfləri hər bir zaman yaralı və ya həlak olmuşların tapılması və yığılması üçün mümkün olan bütün fəaliyyətlər həyata keçirilməlidir. BQXK vertolyot pilotlarının taleyini aydınlaşdırmağa və uyğun xidmətlər təqdim etmək üçün neytral vasitəçi fəaliyyətini həyata keçirməyə hazırdır. BQXK əlaqədar orqanlarla dialoq aparır”.

Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.

Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler