» » 183 məhkuma şəxsiyyət vəsiqəsi verilib -

183 məhkuma şəxsiyyət vəsiqəsi verilib - FOTOLAR

Bölmə: Xəbər
183 məhkuma şəxsiyyət vəsiqəsi verilib - Cəzaçəkmə müəssisələrində məhkumlara şəxsiyyət vəsiqəsi verilib.Xalqinfo.az lent.az-a istinadən bildirir ki, Konstitusiya günü münasibətilə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 və 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Penitensiar xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovniki Rafiq Ramazanov, Kadrlar idarəsinin rəisi Zaur Əliyev, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru, polis-mayoru Rəşad Hacıyev və cəzaçəkmə müəssisələrinin əməkdaşları iştirak ediblər. Konstitusiya günü münasibətilə ümumilikdə 1300 məhkuma şəxsiyyət vəsiqəsinin verilməsinin nəzərdə tutulduğu, bu tədbirin gələcəkdə də davam etdiriləcəyi və şəxsiyyətlərini təsdiq sənədi olmayan bütün cəza çəkənlərin şəxsiyyət vəsiqəsi ilə təmin olunacağı bildirilib.

Sonda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 130, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 53 məhkuma şəxsiyyət vəsiqəsi təqdim olunub.
183 məhkuma şəxsiyyət vəsiqəsi verilib - 183 məhkuma şəxsiyyət vəsiqəsi verilib - 183 məhkuma şəxsiyyət vəsiqəsi verilib - 183 məhkuma şəxsiyyət vəsiqəsi verilib -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler