» » İran prezidentinə görə Bakıda yollar bağlanır

İran prezidentinə görə Bakıda yollar bağlanır

Bölmə: Xəbər
İran prezidentinə görə Bakıda yollar bağlanırİran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq.

virtualaz.org Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə istinadən bildirir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədar sabah saat 16.00-dan paytaxtın Yusif Səfərovi, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər, Azadlıq prospektləri, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarənin sürücülərə müraciətində bildirilib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərdən az istifadə etsinlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler