» » Aktrisa ilə “Azercell” arasında qalmaqal - AÇIQLAMA

Aktrisa ilə “Azercell” arasında qalmaqal - AÇIQLAMA

Bölmə: Xəbər, MANŞET
Aktrisa ilə “Azercell” arasında qalmaqal - AÇIQLAMA“Aktrisa Tunay Əliyevanın “Azercell”ə borcu olduğuna görə prosedur qaydalarına uyğun olaraq məhkəməyə verilib və məhkəmə onun haqda qərar qəbul edib”.

Xalqinfo.az bildirir ki, bunu aznews.az-a açıqlamasında “Azercell”in mətbuat katibliyi bildirib.

“Kimliyindən aslı olmayaraq istənilən abonentimizin borcu yaranacağı halda avtomatik olaraq məhkəməyə verilir. Bizim üçün onun aktrisa, yoxsa sadə bir vətəndaş olduğu önəmli deyil. Müəssisəmiz abonentlər haqda cəmiyyətə heç bir məlumat vermir. Aktrisa Tunay Əliyevanın borcu olduğuna görə prosedur qaydalarına uyğun olaraq məhkəməyə verilib və məhkəmə onun haqda qanuni qərar qəbul edib.

Tunay Əliyevanın bu qərardan narazılığı varsa, Apellasiya Məhkəməsinə müraciət etmək hüququndan istifadə edə bilər”, - deyə “Azercell”in mətbuat katibliyi əlavə edib.

Qeyd edək ki, teleaparıcı və aktrisa Tunay Əliyeva sosial şəbəkələrdə “Azercell” şirkətinin onu məhkəməyə verərək 149 AZN cərimə etdiyi haqda xəbər paylaşıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler