» » Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlandı

Bölmə: Xəbər
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlandı
Dekabrın 24-ü gündüzdən 25-i səhərədək ölkənin bəzi yerlərində yağış, dağlıq ərazilərdə qar yağıb, güclü qərb küləyi əsib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, düşən yağıntının miqdarı Şahdağda 20, Ağdərədə (Ordubad) 15, Sarıbaş, Xınalıq, Qırızda 14, Daşkəsəndə 11, Şamaxıda 10, Şahbuzda 9, İsmayıllıda 7, Astarada 6, Mərəzə, Lənkəranda 5, Xaltan, Altıağac, Ağsuda 4, Sabirabad, Quba, Naxçıvanda 3, Gədəbəy, Göygöl, Balakən, Qəbələ, Zaqatala, Göyçay, Kürdəmir, Qazıməmməd, Lerik, Kişçayda (Şəki) 2, Yardımlı, Göytəpə, Cəfərxan, İmişli, Tərtər, Bərdə, Qusar, Xaçmaz, Gəncə, Sumqayıt, Bakı, Zabrat, Ələtdə 1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 11, Göygöldə 5, Qırızda 4, Xınalıq, Xaltanda 2, Gədəbəydə 1 sm təşkil edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler