» » Fədayə Laçının məhkəməsinin vaxtı bəlli oldu

Fədayə Laçının məhkəməsinin vaxtı bəlli oldu

Bölmə: Xəbər
Fədayə Laçının məhkəməsinin vaxtı bəlli olduBakıda məhbusların həbsdən qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılacaq vaxt məlum olub.

Bu barədə Modern.az-a F.Laçının vəkili Türkel Süleymanlı bildirib.

Vəkil bildirib ki, apelyasiya şikayətinə dekabrın 21-də baxılacaq. Məhkəmə prosesinə hakim Rizvan Səfərov sədrlik edəcək.

F.Laçının özünün də prosesdə iştirakı gözlənilir.

Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Laçın istintaq dövründə azadlıqda qalması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə müraciəti təmin etməyib. Qərardan narazı qalan F.Laçın apelyasiya şikayəti verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler