Deputatla jurnalist arasında qalmaqalXalqinfo.az xəbər verir ki, bu fikirləri jurnalist Eynulla Fətullayev öz "Feysbuk" səhifəsində yazıb. E.Fətullayev daha sonra qeyd edib ki, deputat bununla həm qanunu pozub bizneslə məşğul olur, həm də xalqına zülm edir. Millət vəkili Adil Əliyevin jurnalistə cavabı isə özünü çox gözlətməyib. Adil Əliyev öz "Feysbuk" səhifəsində jurnalisti sifariş yerinə yetirməkdə ittiham edib: “Virtualaz.org saytında “Bakıda deputatın şirkətinin məhəlləyə gecə basqını: “Bir də gördük evin damını uçururlar…” başlıqlı məqalədə adımın hallanmasına təəssüf edirəm. Məqalədə adamın əsassız çəkilməsi və guya şirkətin mənə məxsus olması iddiası cəfəngiyyatdır. Burada obyektivlik pozulub. Məqalə yazılarkən mənim mövqeyim dərc olunmayıbsa, mən də yazının sifariş olduğu şübhəsi qalmır. Mətbuatda çalışan dostlarım yaxşı bilirlər ki,mediaya açıq insanam. Əgər sayt mənim əleyhimə məqsədyönlü fikir formalaşdırmağı qarşısına məqsəd qoyubsa, indidən deyim ki, düz ünvan seçməyiblər. Biz belə insanlara sağlam şəkildə millətimizə və dövlətimizə xidmət etməklə cavab verəcəyik”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|