Yol qəzasında yaralanan hərbçi xəstəxanada öldüBölmə: Xəbər
Şəki rayonunda baş vermiş qəzada ağır xəsarət almış hərbçi xəstəxanada dünyasını dəyişib. Xalqinfo.az "Report”a istinadən xəbər verir ki, dekabrın 9-da Yevlax-Zaqatala-Gürcustan magistral yolunda, Şəki rayonunun girişində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Qəza zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında keçinib. Yaralılardan 4 nəfəri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına, digər Şəkiyə aparılıb. Dörd yaralı hərbçi daha sonra digər şəhərlərdə yerləşən hərbi tibb müəssisələrinə yola salınıb. Durumu nisbətən sabitləşən yaralılar - Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilib. Başından ağır xəsarət alan və kritik durumda olan 1994-cü il təvəllüdlü, Salyan rayon sakini Məhəmməd Qabil oğlu Heydərovun isə hospitala göndərilməsi təxirə salınıb. Bu gün isə həmin yaralı hərbçi şəhər xəstəxanasında dünyasını dəyişib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|