» » “Putinin qalmaqallarla başlayan 4-cü müddəti nəylə bitəcək”- Qərb mediası

“Putinin qalmaqallarla başlayan 4-cü müddəti nəylə bitəcək”- Qərb mediası

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
“Putinin qalmaqallarla başlayan 4-cü müddəti nəylə bitəcək”- Qərb mediasıQərb mətbuatı prezidentin namizədliyini elan etmə tərzini “köhnəlmiş” adlandırdı və növbəti mərhələnin varis uğrunda mübarizə ilə keçəcəyinin proqnozunu verdi

Rusiya prezidenti Vladimir Putin axır ki, “zəhmətkeşlərin”, “gəncliyin” israrlı təkidlərinə dayanmayaraq 4-cü dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqladı.

“Əslində bu tam gözlənilən idi. Lakin Putinin qurduğu sistemin ondan sonra nə qədər davam gətirəcəyini planlaşdırmaq olduqca çətindir”,- “Bloomberg View”-nun icmalçısı Leonid Berşidski yazır.

Müəllif Putinin 3-cü dövründə Rusiya xaricində böyük uğurlara imza atdığını düşünür: “V.Putin bütün Avropada antiliberal güclərə yenidən ümidlər bəxş etdi və layiq olmasa da Rusiya Qərb elitasının gözündə ən azı haker superdövləti olaraq təsdiq olundu”.

Berşidski Putinin öz qabiliyyətini geopolitikada nümayiş etdirərkən, bir tərəfdən də doğma ölkəsində əsl feodal ağaya çevrildiyini yazır.

Müəllif rusiyalı politoloq Qleb Pavlovskidən misal gətirir: “Bütün dünyanın nəzərində ölkə artıq Putin Rusiyası kimi qəbul olunur. Lakin daxildə hamı Putinsonrası Rusiyanı düşünür. Burada bütün əsas oyunçular özlərini post-Putin dövrünə hazırlayırlar”.

Berşidkinin düşüncəsinə görə, Putin hakimiyyətinin ilk iki dövründə bacarıqlı makromenecer kimi özünü göstərməyi bacarıb. Lakin o bu qabiliyyətini daxildə artıq itirib:

“Keçmiş iqtisadiyyat naziri Ulyukayevin həbsi Putinin ilk dəfə tərəfdarları arasında uzunmüddətli və açıq münaqişəyə yol verdiyini göstərdi. İkinci nümunə isə Çeçenistan lideri Ramzan Kadırovun Rusiyadan faktiki olaraq müstəqilliyə malik olmasıdır. Hətta Rusiyanın iri məmurlarına Pxençxan Qış olimpiadasına yasaq qoyulması belə Putinin avtoritetinin zəiflədiyini göstərir. O vaxtında Rusiya Olimpiya Komitəsində adı dopinq rəzalətinə qarışan funksionerləri işdən azad edə bilmədi”.

Berşidskinin müşahidəsinə əsasən Putinin seçkiqabağı kampaniyasını köhnə sovet stilində, Nijni Novqorod şəhərində yük maşınlarını istehsal edən zavodda elan etməsi Kremlin artıq yeni ideyalarının tükəndiyini nümayiş etdirir. “Putinin qələbəsindən sonra əsl savaş varis uğrunda başlayacaq”, - müəllif sonda proqonozlaşdırır.

Almaniyanın “Der Spiegel” qəzetinin yazarı Krisian Eş Putinin öz namizədliyini elanetmə tərzini ironik tərzdə təsvir edib:
“Avtoritar dövlətlərdə gözəl bir ənənə var. Xalq öz rəhbərinin hakimiyyətdə qalmasını tələb etməlidir. Hökmdar isə bununla əslində guya iqtidarda olmaq istəmədyini göstərməyə çalışır. Konkret Putinlə bağlı olaraq xalq rolunda iki kəsim-gənclər və fəhlələr çıxış etdi”, -müəllif yazıb.

Fransanın “Le Figaro” qəzetinin yazarı Pyer Avril Putinin prezidentliyə namizədliyini elan etməsinin Rusiya idmançılarına olimpiadada iştirakdan qadağan qoyulması ilə eyni günə təsadüf etməsinə diqqət yetirib.

Putin BOK-un bu qərarını elə indidən fürsət olaraq bilib:
“Bütün bunlar bizə qarşı tam olaraq səhnələşdirilmiş və siyasi motivli hərəkətlərdir. Burada heç bir şübhəyə yer ola bilməz”, - prezident bəyan edib.

Avril Putinin 4-cü dövrünün də “Rusiyaya zərər vurmaq istəyən Qərbə qarşı müqavimət” ruhunda keçəcəyini güman edir. “Putinin dopinq sistemini şəxsən himayə etməkdə ittaham olunması isə onun əsl vətənpərvər və ölkənin müdafiəçisi imicini möhkəmləndirəcək”, -müəllif yazır.

“Qərbi bundan sonra Trampın ən azı 3 illik hakimiyəti, “Breksit”lə bağlı qaranlıq proses, Angela Merkelin qürubu və üstəlik, Putinin növbəti 6 ili gözləyir”, - Britaniyanın “İndependent” qəzetin yazarı Meri Dejevski bədbin notlarla yazır.

Müəllif Putindən sonrakı dövrün hər kəs üçün müəmma qaldığını qeyd edir. “Bəlkə də ondan sonra rusiyalılara açıq, ədalətli və düzgün seçkilərə imkan verildi. Yəqin ki, buna ümid etməyin mənasız olduğunu deyəcəksiz. Lakin bunun əksini də inkar etmək olmaz...”...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler