» » Tovuzda orta məktəb binası yandı

Tovuzda orta məktəb binası yandı

Bölmə: Xəbər
Tovuzda orta məktəb binası yandıTovuz rayonunda orta məktəb binası yandı.

Xalqinfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydə alınıb. Ümumi sahəsi 693 m² olan ikimərtəbəli məktəb binasının çardağının yanar konstruksiyaları 80 m², 6 sinif otağının tavanı 120 m² sahədə və qapıları yanıb.

Yüksək temperaturdan digər otaqların tavanı 50 m² sahədə qarsalanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler