» » 8 manatlıq bananla bağlı -

8 manatlıq bananla bağlı - Açıqlama

Bölmə: Xəbər
8 manatlıq bananla bağlı -
Bir neçə gün əvvəl Fresco marketində 8 AZN-ə Lənkəran istehsalı olan mini bananların satıldığı barədə məlumat yayıldı.

Bununla bağlı mağaza rəhbərliyi “Qafqazinfo”ya açıqlama verib. Açıqlamada deyilir ki, həqiqətən də marketdə 7.79 AZN-ə mini banan satılır, lakin istehsal vətəni Lənkəran deyil, Cənubi Afrika Respublikasıdır. Bundan əlavə standart ölçülü bananın kilosu isə bu gün 2.49AZN-dir.

“Həmçinin bildirmək istərdik ki, bazara yeni daxil olan mini bananlar Meyvəli bazarda, həmçinin digər supermarket şəbəkələrində satılır. Fresco supermarketlər şəbəkəsi meyvə bazarında import ilə bağlı bir fəaliyyət göstərmir, müştərilərə ümumi Azərbaycan bazarına daxil olan və hər bir ticarət obyektinin satdığı meyvə və tərəvəz məhsullarını müştərilərinə təqdim edir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler