» » Bakıya yağış yağacaq

Bakıya yağış yağacaq

Bölmə: Xəbər, Sosial
Bakıya yağış yağacaqBakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Müləyim cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Xalqinfo”ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 775 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler