» » Keçmiş azərbaycanlı deputat girov götürülüb

Keçmiş azərbaycanlı deputat girov götürülüb

Bölmə: Xəbər
Keçmiş azərbaycanlı deputat girov götürülübHadisə Luqansk şəhərində baş verib

Ukraynanın Luqansk şəhərində keçmiş azərbaycanlı deputat, hazırda iş adamı kimi fəaliyyət göstərən şəxs yaraqlılar tərəfindən girov götürülüb.

"Xalqinfo.az" Luqansk Azərbaycanlıları Konqresindən apa-ya verilən məlumata istinadən bildirir ki, bu, əslən Bakı şəhərindən olan, Ukrayna vətəndaşı, Luqansk vilayəti Şurasının keçmiş deputatı, iş adamı Azad Vəliyevdir.

Məlumata görə, A. Vəliyevin oğlu Elşən Vəliyev atasının iki həftəyə yaxındır ki, itkin düşdüyünü deyib. O, adını çəkmək istəmədiyi şəxslərə istinadən atasını yaraqlılar tərəfindən döyüşən kazakların girov götürdüyünü bildirib.

A. Vəliyev 2006-2010-cu illərdə Luqans vilayət Şurasına seçilən yeganə azərbaycanlı deputat olub.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov açıqlamasında bildirib ki, keçmiş deputatın tapılması ilə bağlı yerli qurumlarla birgə araşdırma aparılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler