“Polis azarkeşlərimizi sərbəst buraxacaq” - “Qarabağ”ın baş direktoruBölmə: Xəbər
“Qarabağ”ın Topaz Premyer Liqasının XII turunda “Sumqayıt”la ev oyununun ilk hissəsində polis bölməsinə aparılan iki fanatı sərbəst buraxılacaq. Xalqinfo.az xəbər verir ki, bu barədə Sport24.az-a klubun baş direktoru Əmrah Çəlikəl məlumat verib. O, bununla bağlı məlumat aldıqlarını və lazımi addım atdıqlarını deyib: “Futbolda belə olaylar yaşanır. Komandaların tribunalarda olan azarkeşləri arasında qarşıdurmalar olur. Polis də belə olan halda, məsələyə müdaxilə etməli olur. Biz artıq lazımı addımları atdıq. Həmin fanatarımız Sabunçu rayonu polis şöbəsinə aparılıb. Ancaq bizə verilən məlumata görə, onlar matçdan dərhal sonra sərbəst buraxılacaqlar”. Xatırladaq ki, saxlanılanlardan biri “Boys Qarabağ” fan-klubunun üzvü Azad Məmmədov, digəri isə “Ordu” fan-klubunun rəhbəri Elvin Süleymanovdur. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|