» » Həyat yoldaşı ilə Suriyaya qaçmaq istəyən şəxs həbs edildi

Həyat yoldaşı ilə Suriyaya qaçmaq istəyən şəxs həbs edildi

Bölmə: Xəbər
Həyat yoldaşı ilə Suriyaya qaçmaq istəyən şəxs həbs edildiHəmin şəxsin külli miqdarda pul mənimsədiyi məlum olub
Suriyadakı terrorçulara qoşulmaq üçün ölkədən getmək istəyən şəxs saxlanılıb."Xalqinfo.az" DİN-ə istinadən bildirir ki, Şəki rayon sakini Rahim Hacıyev həmyerlisi Samir Abdurrəhmanova qarşı dələduzluq edərək avtomobil satacağı adı ilə onun 11 min manatını alıb, avtomobili isə başqa yerdə gizlədib. Daha sonra R.Hacıyev həyat yoldaşı Günellə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyib və bu zaman rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
R.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb.
Rahim Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib və o, həbs olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler