» » Sabahdan hava pisləşəcək -

Sabahdan hava pisləşəcək - Xəbərdarlıq

Bölmə: Xəbər
Sabahdan hava pisləşəcək -
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Xalqinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Bəzi rayonlarda oktyabrın 28-i gündüzdən ayın sonunadək qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, oktyabrın 28-i axşamdan 29-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler