» » “Azərbaycan terrorizmə qarşı mübarizədə səylərini əsirgəmir” - Prezident+ Yenilənib

“Azərbaycan terrorizmə qarşı mübarizədə səylərini əsirgəmir” - Prezident+ Yenilənib

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
“Azərbaycan terrorizmə qarşı mübarizədə səylərini əsirgəmir” - Prezident+ Yenilənib
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib.

Xalqinfo”nun məlumatına görə, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da İstanbulda İran İslam Respublikasının Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

***

***

Görüşdə Prezident İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında mühüm infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Dövlət başçısı prezidentlər səviyyəsində görüşlərin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini bildirib.

İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, Astara-Astara dəmir yolu xəttinin həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

Eshaq Cahangiri regionda terrorizm təhdidlərinin olduğunu söyləyib və buna qarşı mübarizədə ölkələrin səylərinin artırılmasının əhəmiyyətindən danışıb.
İqtisadi əlaqələrimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük marağın olduğunu qeyd edərək bildirib ki, bu layihə bölgədə iqtisadi əməkdaşlığın inkişafına xidmət edir. Dövlət başçısı deyibki, Azərbaycan beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan ölkələrdəndir və bu sahədə səylərini əsirgəmir.

Söhbət zamanı Azərbaycan ilə İran arasında energetika, əczaçılıq, sərmayə qoyuluşu, sənaye, o cümlədən birgə avtomobil istehsalı və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu bildirilib və əlaqələrimizin inkişafına dair fikir mübadiləsi aparılıb

“Azərbaycan terrorizmə qarşı mübarizədə səylərini əsirgəmir” - Prezident+ Yenilənib
“Azərbaycan terrorizmə qarşı mübarizədə səylərini əsirgəmir” - Prezident+ Yenilənib
“Azərbaycan terrorizmə qarşı mübarizədə səylərini əsirgəmir” - Prezident+ Yenilənib
“Azərbaycan terrorizmə qarşı mübarizədə səylərini əsirgəmir” - Prezident+ Yenilənib
“Azərbaycan terrorizmə qarşı mübarizədə səylərini əsirgəmir” - Prezident+ Yenilənib
“Azərbaycan terrorizmə qarşı mübarizədə səylərini əsirgəmir” - Prezident+ Yenilənib
“Azərbaycan terrorizmə qarşı mübarizədə səylərini əsirgəmir” - Prezident+ Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler