» » Məktəb direktorları qəzaya düşdü:xəsarət alanlar var

Məktəb direktorları qəzaya düşdü:xəsarət alanlar var

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Məktəb direktorları qəzaya düşdü:xəsarət alanlar var
Tərtər rayonunda ağır yol qəzası baş verib.

"Xalqinfo" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu “VAZ 2106” markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına cıxıb. Nəticədə avtomobilin sürücüsü A.Xəlilov və sərnişini 1954-cü il təvvəlüdlü İbrahimov Valeh İsmayıl oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzada xəsarət alanlar - İbrahimov Valeh İsmayıl oğlu rayonun Ələsgərli kənd orta məktəbinin, Xəlilov Akif Yusif oğlu isə İrəvanlı kənd orta məktəbinin direktoru vəzifəsində calışır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler