» » Azərbaycanın göndərdiyi yardım ünvanına çatdı - Video

Azərbaycanın göndərdiyi yardım ünvanına çatdı - Video

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Azərbaycanın göndərdiyi yardım ünvanına çatdı - Video
Prezident İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən sentyabrın 8-də axşam saatlarında 100 ton humanitar yardım göndərilib.

Xalqinfo.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilən yardım ünvanına çatıb. Gündəlik tələbat malları və ərzaq məhsullarından ibarət humanitar yardım sentyabrın 9-u Dəkkə Həzrət Şahcəlal Beynəlxalq aeraportunda Banqladeş hökümətinin nümayəndələrinə təhvil verilib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler