» » Bananda ebola ola bilər

Bananda ebola ola bilər

Bölmə: Xəbər, Sosial
Bananda ebola ola bilər
Baş pediatr: “Azərbaycana gətirilən bananlar yararsızdır”


“Ümumiyyətlə banan uşaqlar üçün yarasızdır. Təəssüf ki, bu meyvə bir çox ailələrdə uşaqların əsas qidasına daxil edilib. O ki qaldı, “Ebola” virusunun daşıyıcısı olmasına, bu barədə nə eşitmişəm, nə də məlumatım var. Bu ola da bilər, amma reallığını təsdiq edəcək faktla qarşılaşmamışam”.

Xalqinfo.az-ın məlumatına görə, börə bunu modern.az-a açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev bananın “Ebola” daşıyıcısı olması ehtimalına münasibət bildirərkən söyləyib.

Həkim iddia edib ki, bizim ölkəyə gətirilən bananları yetişməmiş palmalardan yığırlar, hansı ki, bu meyvələr dəmir kimi olur.

“Kal-kal yığıb Azərbaycana gətirir, uzun müddət burda anbarlarda saxlayırlar, saralanda, yəni xarab olanda satışa çıxarırlar. Əslində banan palma ağacında yetişməlidir. Ağacda yetişdikdən sonra dərilən banan istifadəyə tam yararlıdır. Bizim iqlimlə, torpaqla uyğunlaşan qida olmadığından bananın Azərbaycanda istifadəsi də məqbul sayılmır. Bu meyvə isti iqlimi olan Afrika ölkələri üçün daha yararlıdır. Mən həkim kimi bananı Azərbaycanda uşaqlara məsləhət görmürəm”.

Qeyd edək ki, banan “Ebola” virusunun geniş yayıldığı Afrika və Cənubi Amerika ərazilərində yetişdiyindən, meyvənin bu qorxulu virusun daşıyıcısı ola biləcəyi ehtimalı irəli sürülür.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler