» » Paytaxtda 9182 sərxoş sürücü məsuliyyətə cəlb edilib

Paytaxtda 9182 sərxoş sürücü məsuliyyətə cəlb edilib

Bölmə: Xəbər
Paytaxtda 9182 sərxoş sürücü məsuliyyətə cəlb edilib
Paytaxtda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bu il yanvarın 1-dən avqustun 26-dək Bakıda keçirilən tədbirlər nəticəsində 451 min 918 inzibati protokol tərtib edilib.

“Xalqinfo”nun AzərTac-a istinadən verdiyi məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, protokollardan 9182-si avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi, 19 min 856-sı svetoforun qırmızı işığında keçmə, 4238-i sərnişindaşıma qaydalarının pozulması, 883-ü dövlət nömrə nişanı olmadan avtomobili idarə etmə, 4509-u ötmə, manevr etmə qaydalarının pozulması, 89 min 495-i yolayrıcını keçmə qaydalarının pozulması, 490-nı avtoxuliqanlıq, 1379-u isə nəqliyyat vasitəsinin sənədsiz idarə edilməsi ilə bağlıdır.

Qalanları isə digər qayda pozuntusuna görə tərtib edilən protokollardır.

Bundan başqa, 455 min 730 elektron protokol tərtib edilib ki, bu da mərkəzi məlumat sistemində avtomatik olaraq yerləşdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler