» » Məkkəyə dünyanın 168 ölkəsindən 2 milyona yaxın zəvvar gəlib

Məkkəyə dünyanın 168 ölkəsindən 2 milyona yaxın zəvvar gəlib

Bölmə: Xəbər
Məkkəyə dünyanın 168 ölkəsindən 2 milyona yaxın zəvvar gəlib
Səudiyyə Ərəbistanının SPA dövlət informasiya agentliyi Krallığın Baş Pasport Xidməti İdarəsinə istinadla bildirir ki, bu il (Hicri təqvimi ilə 1438-ci ildə) Krallığa dünyanın 168 dövlətini təmsil edən 1.752.014 zəvvar gəlib.

İdarənin məlumatına görə, zəvvarların 940.369 nəfəri, yəni 54 faizi kişi, 811.645 nəfəri, yəni 46 faizi qadındır.

Bildirilir ki, bu il zəvvarların ümumi sayı keçənilki ilə müqayisədə 426.263 nəfər, yəni 32 faiz çoxalıb. Bu il ziyarətə hava nəqliyyatı ilə gəlmiş zəvvarların sayı 1.648.332 nəfər, quru yolla gələnlər 88.855 nəfər, dəniz yolu ilə gələnlər 14.827 nəfər olub. (Azərtac)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler