Dünya “Qarabağ”la belə maraqlanır - Rəqəmlər
25 avqust 2017 16:45
Baxış: 139
Şərh: 0
Çap
Azərbaycanın “Qarabağ” futbol klubunun avqustun 23-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində eyniadlı klubla UEFA Çempionlar Liqasının pley-off mərhəlində ümumi qələbə qazanaraq qrup mərhələsinə yüksəlməsi bütün dünyada böyük-əks səda doğurdu. Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. “Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünən Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbulu zamanı “Qarabağ” komandası Qarabağın adını daşıyır. “Qarabağ” komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir ” fikirləri bu tamamiilə öz təsdiqini tapır”.
Deputat bildirib ki, vikipediya virtual ensiklopediyasındakı araşdırma bunu bira daha sübut edir. “Məsələn, “Qarabağ” futbol klubu haqqında müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunuş olub: İspan dilində 180, 4.532 və 12.407 dəfə Fransız dilində 131, 1.586 və 3.802 Rus dilində 711, 4.725 və 11.164 Italyan dilində 238, 3.460 və 15.145 Portuqal dilində 98, 990 və 2.170 Erməni dilində 0, 11 və 48 dəfə “Qarabağ” məqaləsini müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunuş olub: İngilis dilində 90, 330 və 1.302 dəfə Ispan dilində 5, 32 və 90 Fransız dilində 7, 18 və 45 Rus dilində 196, 867 və 1.406 Italyan dilində 1, 8 və 25 Portuqal dilində 1, 5 və 7 Erməni dilində 1, 1 və 4 dəfə “Qarabağ münaqişəsi” məqaləsini ( bəzi dillərdə məqalə “Qarabağ müharibəsi” kimi gedir) müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunuş olub: İngilis dilində 578, 1.045 və 1.708 dəfə Ispan dilində 80, 532 və 933 Fransız dilində 379, 94 və 174 Rus dilində 498, 634 və 768 Italyan dilində 58, 329 və 1.282 Portuqal dilində 23, 26 və 99 Erməni dilində 22, 32 və 22 dəfə “Azərbaycan” məqaləsini müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunuş olub: İngilis dilində 5.184, 6.933 və 9.676 dəfə Ispan dilində 699, 1.723 və 3.522 Fransız dilində 493, 667 və 1147 Rus dilində 2.208, 2.316 və 2.446 Italyan dilində 420, 959 və 3.329 Portuqal dilində 188, 530 və 735 Erməni dilində 22, 13 və 41 dəfə “Ağdam” məqaləsini müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunuş olub: İngilis dilində 130, 2.219 və 4.052 dəfə Ispan dilində 11, 437 və 871 Fransız dilində 29,291 və 578 Rus dilində 67, 618 və 1.316 Italyan dilində 28, 1.175 və 5.295 Portuqal dilində - məqalə yoxdur Erməni dilində 2, 12 və 17 dəfə
|