» » Ağstafada 5 ev yanıb -

Ağstafada 5 ev yanıb - Yanğınsöndürən xəsarət alıb + Video

Bölmə: Xəbər, Sosial
Ağstafada 5 ev yanıb -
Ağstafanın Dağkəsəmən kəndində 5 fərdi yaşayış evi yanıb.

“Xalqinfo” APA-ya istinadən xəbər verir ki, 3 ev əşyaları ilə bağlı tamamilə yanıb, 2-nə qismən ziyan dəyib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2, Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 briqadası cəlb edilib.

Əməliyyat zamanı Ağstafa Yanğın Mühafizə Hissəsinin Manqa komandiri Müşfiq Nağıyev xəsarət alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu, həyatına təhlükə olmadığı bildirilir.

Yanan evlər Əmirov Natiq, İsmayılov Xıdır, Elşad Hüseynov, Elsəvər Məmmədov, Qədməliyev İdrisə məxsusdur.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler