» » Sərxoş cangüdən Salyanda yanacaqdoldurma məntəqəsinin operatorunu döyüb

Sərxoş cangüdən Salyanda yanacaqdoldurma məntəqəsinin operatorunu döyüb

Bölmə: Xəbər
Sərxoş cangüdən Salyanda yanacaqdoldurma məntəqəsinin operatorunu döyüb
Ötən gecə saat 1 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də yanacaqdoldurma məntəqəsində operator döyülüb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, yanacaq doldurmaq üçün məntəqəyə daxil olmuş avtomaşının sərnişini - Bakı şəhər sakini, 1978-ci ildə anadan olmuş Sadıq Sadıqov operator - Salyan rayonunun Qırxçıraq kənd sakini, 1993-cü ildə anadan olmuş Nəbiyev Zamiq Ramiq oğlunu döyərək ona xəsarətlər yetirib.

Operator döş qəfəsi və çənə nahiyəsindən aldığı xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınları ilə birgə toydan qayıdan Sadıq Sadıqovun sərxoş vəziyyətdə olduğu deyilir.

O idmançıdır və Bakı şəhərində özəl mühafizə xidmətində cangüdən işləyir.

Operator Zamiq Nəbiyev Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler