» » Azərbaycanda 2500 illik qəbir tapıldı

Azərbaycanda 2500 illik qəbir tapıldı

Bölmə: Xəbər
Azərbaycanda 2500 illik qəbir tapıldı
Lerik rayonunda aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid edilən məzarlıq aşkarlanıb.

Xalqinfo” Azərtac-a istinadən xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri Lerikin Gürdəsər kəndi ərazisində tədqiqat işlərini davam etdirirlər. Arxeoloji qazıntılara amerikalı mütəxəssislər də qatılıblar.

Qazıntılar kəndin Piboz təpə adlanan ərazisində aparılır. Aşkar olunan məzarlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib.

Ekspedisiyanın rəhbəri Ceyhun Eminli bildirib ki, ərazidə 120-dən çox qəbir aşkarlanıb. Qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da tapılıb.

Arxeoloji qazıntılar aparılan əraziyə yaxın yerdə iki il əvvəl yaşayış yeri də aşkar edilib. Hazırda həmin ərazidə də qazıntı işləri aparılır.

Amerikalı mütəxəssis Lara Fabian ekspedisiyanın nəticələrindən danışarkən deyib: “İkinci ildir Gürdəsərdə qazıntı aparırıq. Olduqca maraqlı abidədir, 2500 il bundan əvvəl mövcud olan dövlətlərin izlərinə burada rast gəlinir. Biz azərbaycanlı arxeoloqlarla birgə əməkdaşlıqdan məmnunuq.”

Lerik rayonu ərazisində yeni qədim yaşayış izlərini müəyyən etmək üçün kəşfiyyat xarakterli qazıntı işləri də aparılır. Ərazidə qazıntı işləri avqust ayının sonunadək etdiriləcək.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler