» » Ticarət mərkəzindəki yanğın söndürüldü - Yenilənib

Ticarət mərkəzindəki yanğın söndürüldü - Yenilənib

Bölmə: Xəbər, Kriminal, BLOK XƏBƏR, MANŞET
Ticarət mərkəzindəki yanğın söndürüldü - Yenilənib
Bakının Binəqədi rayonunda, Binəqədi qəsəbəsinin mərkəzində tikinti materialları mağazasında yanğın baş verib.

Xalqinfo”nun məlumatına görə, Virtualaz.org-un müxbiri hadisə yerindən xəbər verir ki, əraziyə gedən və gələn yollar bağlanıb. Əraziyə polis, yanğınsöndürənlər və təcili yardım maşınları gəlib.

Şahidlərin dediyinə görə, yaralı var.

***

Xalqinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən tikinti malları mağazasının dam örtüyündə yanğın başlayıb. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 20:32-də yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

* * *

Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi kəndində yanğınla bağlı məlumat yayıb.

Xalqinfo.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın vətəndaşa məxsus ümumi sahəsi 175 kvadrat metr olan mansard tipli tikinti materiallarının satışı mağazasında baş verib. Nəticədə mağazanın dam örtüyü və mansardı 168 kvadrat metr sahədə, bitişik ümumi sahəsi 96 kvadrat metr olan çay evinin damı və mansardı yanıb. Mağazanın qalan hissəsi və digər bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Ticarət mərkəzindəki yanğın söndürüldü - Yenilənib
Ticarət mərkəzindəki yanğın söndürüldü - Yenilənib
Ticarət mərkəzindəki yanğın söndürüldü - Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler