Bakıda partlayış olub - Yaralananlar var + VideoBu gecə Bakının Xətai rayonunda partlayış baş verib. “Xalqinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Səməd bəy Mehmandarov 122-128 ünvanında, istilik xətlərinin keçdiyi ərazidə yaşanıb. Qeyd olunan ünvanda yerləşən binanın həyətində otlaq sahəsi yanıb. Binanın birinci mərtəbəsində yaşayan sakinlər Yüzbəkov Səid Rəşid oğlu və Həsənova Mehriban Kamal qızı yanğını söndürməyə çalışıblar. Bu zaman naməlum səbəbdən partlayış baş verib. Hər iki şəxs xəsarət alıblar. Vəziyyətləri ağırdır. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Onlar partlayışın nə səbəbdən baş verdiyini dəqiqləşdirmək üçün araşdırma aparırlar. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|