» » Ohanyan erməni zabitləri söydü

Ohanyan erməni zabitləri söydü

Bölmə: Xəbər
Ohanyan erməni zabitləri söydü[left][/left]

Ermənistan Müdafiə Nazirliyindən şok açıqlama
Dünən axşam Ermənistan Müdafiə Nazirliyində geniş iclas keçirilib.
ans press-in məlumatına görə, müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi iclasda Ermənistan ordusunun Baş Qərargah rəisi, general polkovnik Yuri Xaçaturov, Dağlıq Qarabağdakı qoşun birləşmələrinin komnadirləri və s. iştirak ediblər.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Seyran Ohaynan iclasda mövcud problemləri gündəmə gətirib. Bildirib ki, bu, bir sıra vəzifəli şəxslərin günahı ucbatından baş verib. O, qısa zaman içində günahkarların sərt cəzalandırılacağını bildirib.

Bütün bunlar öz yerində. Ermənistan ordusunda problemlər olduğunu, bu ölkənin dilənçi iqtisadiyyatının normal ordu qurmağa imkan vermədiyini, demək olar ki, hər kəs bilir.

Yəni burda yenilik yoxdur. Yenilik odur ki, indiyə kimi Ermənistan tərəfi Qarabağ müharibəsinə dəxli olmadığını, Dağlıq Qarabağda döyüşən ordu birləşmələrinin müstəqil olduğunu iddia edirdi. Amma bəlkə də ilk dəfədir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti Qarabağdakı ordu birləşmələrinin birbaşa İrəvana bağlı olduğunu bəyan edən açıqlama yayır

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler