» » Hərbi gücümüz artırılır

Hərbi gücümüz artırılır

Bölmə: Xəbər
Müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin həcmi artırılacaq

Gələn il Azərbaycan müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin həcmi artırılacaq.

ans press-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait nəzərə alınmaqla) müdafiə xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 3,1 faiz-bənd çoxdur.

Eyni zamanda, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına aid olan infrastrukturlar üzrə investisiya layihələri üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler