» » Dalğıclar iki nəfərin cəsədini sudan çıxardılar

Dalğıclar iki nəfərin cəsədini sudan çıxardılar

Bölmə: Xəbər
Dalğıclar iki nəfərin cəsədini sudan çıxardılar
30.06.2017-ci il tarixində Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Həmid Fizuli oğlu Əhmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.

Xalqinfo.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, meyit yaxınlarına təhvil verilibr. Əməliyyat saat 08:25-də başa çatıb.

İyulun 4-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1971-ci il təvəllüdlü Rövşən Arif oğlu Hüseynovun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:05-də başa çatıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler