» » Həkimlərimiz daha bir ilkə imza atıblar -

Həkimlərimiz daha bir ilkə imza atıblar - Video

Bölmə: Xəbər
Həkimlərimiz daha bir ilkə imza atıblar -
Həkimlərimiz daha bir ilkə imza atıblar.

Xalqinfo.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, dünyada bənzərinə tez-tez rast gəlinsə də, ölkəmizdə ilk dəfə göz daxilində əmələ gələn xoşxassəli şiş gözə heç bir zədə vurulmadan, onun funksiyası pozulmadan əməliyyatla çıxardılıb.

Gözün heç bir funksiyası pozulmadan onda əmələ gələn şiş götürülüb. Əməliyyat paytaxt Bakıda fəaliyyət göstərən tibb mərkəzlərindən birində baş tutub. 46 yaşlı İsmayıl İsmayılov baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib və müayinə zamanı onun gözündə xərçəng xəstəliyinin əlamətləri aşkarlanıb.

Uzun axtarışlardan sonra nadir əməliyyat Azərbaycanda ilk dəfə baş tutub. Gözün funksiyasına zədə verilmədən şiş çıxardılıb.
Həkim Loğman Hacıbədəllinin sözlərinə görə, bu əməliyyatlar daha çox xarici ölkələrdə aparılır.

Qeyd edək ki, əməliyyat 4 saata həyata keçirilib. Xəstə bir gün xəstəxanada qaldıqdan sonra evə buraxılıb və normal həyatına davam edib. Əməliyyatdan qısa bir müddət sonra, yəni 1-3 həftə ərzində xəstənin görmə qabiliyyəti tam bərpa olunub.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler