16 yaşı var - 146 cinayət törədib

Bölmə: Xəbər, Kriminal
16 yaşı var -
Türkiyədə haqqında 146 cinayətlə bağlı axtarış başladılan 16 yaşlı M.A. dünən gecə tutulub.

"Qəsdən yaralama", "mala zərər vurma", "oğurluq", "qarət", "qorxu, təşviş və panika yarada biləcək tərzdə silahla atəş etmə", "böhtan" kimi bütövlükdə 146 cinayətdə təqsirli bilinən yeniyetmə ilə bağlı polis xüsusi əməliyyat keçirməyə məcbur qalıb.

Şübhəlinin istifadə etdiyi avtomobil aşkarlanıb və onu saxlamağa çalışıblar. Ancaq o, qaçmağı bacarıb. Bir neçə saatlıq avtomobil qaçdı-tutdusundan sonra baş verən qəza nəticəsində yeniyetmənin idarə etdiyi avtomobil yarasız hala düşüb və o, təslim olmağa məcbur olub.

Publika.az xəbər verir ki, qəza nəticəsində bir polis ağır yaralanıb.

Hadisəylə bağlı yayılan açıqlamada təqsirli şəxsin sürdüyü avtomobilin də oğurluq olduğu bildirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler