» » Jurnalistlər üçün üçüncü binanın təməli qazılır

Jurnalistlər üçün üçüncü binanın təməli qazılır

Bölmə: Xəbər, Sosial
Jurnalistlər üçün üçüncü binanın təməli qazılır
Jurnalistlər üçün inşası nəzərdə tutulan üçüncü binanın təməli qazılmağa başlayıb.

Xalqinfo” qaziler.az-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün inşa edilmiş birinci bina sakini Rey Kərimoğlu deyib. Onun sözlərinə görə, konkret prezident sərəncamı olmasa da, üçüncü binanın da tikiləcəyi gözlənilirdi.

“Bir neçə gündür ki, jurnalistlər üçün inşa edilmiş ikinci binanın yanında qazıntı işlərinə başlanıb. Ərazidə bina tikintisi üçün işlərə hazırlıq gedir. Çox güman ki, ikinci binanın açılışından sonra üçüncü binanın təməl qoyması mərasimi olacaq. Qazma işini aparan inşaatçılar da bunu təsdiq etdilər. Hələ birinci binanın açılışında prezident demişdi ki, bu ərazi, ümumiyyətlə mədəniyyət şəhərciyi olacaq. Və jurnalistlər üçün üç bina tikiləcək.”

Xatırladaq ki, bir müddət əvvəl Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli də bildirmişdi ki, mənzilə ehtiyacı olan jurnalistlər üçün dövlət tərəfindən üçüncü bina da tikiləcək. Ehtimal olunur ki, ikinci bina təhvil verildiyi gün jurnalistlər üçün üçüncü binanın təməli qoyulacaq.

Jurnalistlər üçün üçüncü binanın təməli qazılır
Jurnalistlər üçün üçüncü binanın təməli qazılır

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler