» » Anasının öldürdüyü 5 yaşlı Luizanın atası - “Dərmanı mənə göstərdi”

Anasının öldürdüyü 5 yaşlı Luizanın atası - “Dərmanı mənə göstərdi”

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Anasının öldürdüyü 5 yaşlı Luizanın atası - “Dərmanı mənə  göstərdi”
Xəbər verdiyimiz kimi, bu gün Qusarın Hil kəndində Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luizanı zəhərləyərək öldürüb.

Xalqinfo” ARB TV-yə istinadən xəbər verir ki, mərhumun atası Bəxtiyar Ömərov hadisəni törədən həyat yoldaşının psixoloji vəziyyətinin yerində olduğunu bildirib: “Burada oynayan uşaq idi. 1 saat da keçmədi gördüm arvad gəldi. Qışqırır, ağlayır deyir, uşaq ölüb. Zəng elədik gəlib maşınla apardılar Qusara xəstəxanaya. Yarım saat sonra zəng elədi ki, uşaq rəhmətə gedib. Sonra mənə dedi ki, mən eləmişəm. Dərmanı göstərdi mənə. Südə qarışdırıb verib”.

Bildirilir ki, ailə Qusarın Şirvanovka kəndindən 2 ay öncə Hil kəndinə daşınıb. Onlar 12 ildir evlidir, 1 qız övladları olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler