» » Ucarda halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb

Ucarda halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb

Bölmə: Xəbər
Ucarda halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb
Ucarda iş otağında halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb.

Xalqinfo.az APA-ya istinadən verdiyi xəbərə görə, dünən gündüz saatlarında Ucar Suvarma Sistemləri İdarəsinin müdiri, 1962-ci il təvəllüdlü Əlikram Həmid oğlu Mahmudovun qəflətən iş otağında halı pisləşib.

O, Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilərək ilkin tibbi yardım göstərilib. Həkimlər xəstəyə vəziyyətin ciddiliyini izah edərək, təcili müalicə olunmasını tövsiyə ediblər. Ə. Mahmudov həkimin nəzarəti ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb və müayinə otağında dünyasını dəyişib.

İlkin məlumata görə, mərhum ürəyində yaranan problem səbəbindən vəfat edib. Xəstəxanadan verilən məlumata görə, bu ilin fevral ayında Ucar Mərkəzi Rayon xəstəxanasında müayinə olunan Ə. Mahmudova müalicə alması tövsiyə edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler