» » İşdəki problemlərindən danışan arvadını bıçaqladı -

İşdəki problemlərindən danışan arvadını bıçaqladı - “Bəsdir, bezdirdin...”

Bölmə: Xəbər, Kriminal
İşdəki problemlərindən danışan arvadını bıçaqladı -
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməaində arvadını bıçaqlamaqda təqsirləndirilən İlham Məşədiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xalqinfo.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə vəkil müdafiə çıxışı edib: "Həyat yoldaşı Şərqiyyə xanım işdə olan problemlərini İ. Məşədiyevə danışıb, İ.Məşədiyev isə "bəsdir, bezdirdin məni" deyərək əsəbiləşib. Əlində bıçaqla onu itələyib və təsadüf nəticəsində bıçaq ona dəyib.

Onların iki övladı var. Arvadı Ş.Məşədiyeva məhkəməyə müraciət edərək günahın özündə olduğunu, həqiqətən də ərini çox yüklədiyini və şikayətçi olmadığını deyib".

İ.Məşədiyev son söz demək üçün vaxt istəyib. Məhkəmə prosesi iyunun 21-də davam etdiriləcək.

Dövlət ittihamçısı çıxış edərək İ.Məşədiyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler