» » Eynicinslərin nikahına icazə verildi

Eynicinslərin nikahına icazə verildi

Bölmə: Xəbər
Eynicinslərin nikahına icazə verildi
Estoniya parlamenti eynicinsdən olan şəxslərin evlənməsinə icazə verən qanunu qəbul edib. Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsini 40 deputat dəstəkləyib, 38-i isə əleyhinə səs verib. Qanun 2016-cı ilin yanvarından birindən qüvvəyə minəcək.

Hazırlanmasına bir neçə il vaxt sərf edilən qanun layihəsinin qəbulu keçlmiş possovet ölkəsində birmənalı qarşılanmayıb. Belə ki, səsvermə günü parlament binası qarşısına qanuna qarşı olan və onu dəstəkləyən vətəndaşlar toplaşıblar. Eynicinsli nikahı dəstəkləyənlər əllərində çiçək dəstələri ilə deputatlara təşəkkürlərini ifadə ediblər.

Estoniyanın Kilsə Şurası isə birmənalı olaraq homoseksualların hüquqi cəhətdən evlənməsinə icazə verən yeni qanuna qarşı çıxıb.

Bununla da, Estoniya possovet ölkələri arasında eynicinsli nikaha icazə verən ilk ölkə oldu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler