» » Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi KİV-ə müraciət etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi KİV-ə müraciət etdi

Bölmə: Xəbər
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi KİV-ə müraciət etdi
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “www.mincom.gov.az” saytında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adının dəyişdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi qeyd edilməməsi ilə bağlı əsassız məlumatlar yer alır.

Xalqinfo.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində Təftiş Komissiyası işini davam etdirir.

Hazırda iki nazirliyin birləşmə prosesi aparılır. Yeni yaradılan nazirliyin Əsasnaməsi və strukturu təsdiq edildikdən sonra nazirliyin yeni yaradılan saytı və domen ünvanı da zəruri dəyişikliklər edilərək ictimaiyyətə təqdim olunacaq.

Hazırda həm Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı (www.mincom.gov.az) həm də Nəqliyyat Nazirliyinin saytı (www.mot.gov.az) istifadəçilərin ixtiyarındadır.

KİV-də qeyd olunanların əksinə olaraq, hər iki saytda ölkə başçısının müvafiq Sərəncamları “Qanunvericilik” bölməsinin “Sərəncamlar” alt bölməsində yerləşdirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi media nümayəndələrindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq görülən tədbirləri kontekstindən çıxartmayaraq cəmiyyətə savadlı formada çatdırmaqda səylərini əsirgəməməyi xahiş edir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler