» » Yaponlardan möhtəşəm ixtira

Yaponlardan möhtəşəm ixtira

Bölmə: Xəbər
Yaponlardan möhtəşəm ixtira
Oktyabrın 7-də Yaponiyanın H2A raket-daşıyıcısı yeni nəsil meteoroloji süni peyki uğurla başlanğıc orbitə çıxarıb.

Yaponiyanın cənubunda yerləşən Taneqaşima kosmik mərkəzindəki buraxılış meydançasından yerli vaxtla 14:16 dəqiqədə start götürən daşıyıcı raket 28 dəqiqədən sonra “Himavari-8” (“Himavari” yapon dilindən tərcümədə günəbaxan mənasını verir) süni peykini Yerdən 260 kilometr məsafədə yerləşən başlanğıc orbitə çatdırıb.

Peyk yerdən 36 min kilometr məsafədə yerləşən geostasionar orbitə çıxarılacaq və planlaşdırıldığı kimi, gələn ilin yayında işə başlayacaq.
“Himavari-8” müşahidə və əldə edilən məlumatların işlənməsi imkanlarına görə hazırda fəaliyyətdə olan yapon meteoroloji süni peyklərini xeyli üstələyir. Yeni süni peykdən alınacaq fotoşəkillər dəqiqliyi ilə seçiləcək və ağ-qara şəkilləri rəngli təsvirlər əvəz edəcək.

Məlumatlar isə Yerə hazırda olduğu kimi 30 dəqiqədən bir deyil, hər 10 dəqiqədən bir ötürüləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler