» » Üç ayda təbi qaz ehtiyatının 6,4 faizi itkiyə gedib

Üç ayda təbi qaz ehtiyatının 6,4 faizi itkiyə gedib

Bölmə: Xəbər
Üç ayda təbi qaz ehtiyatının 6,4 faizi itkiyə gedib
Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2017-ci ilin yanvar-mart aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 6762,3 milyon kub metr təşkil edib.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, ehtiyatların 69,8 faizi hasilatın, 25,4 faizi qalığın, 4,8 faizi isə idxalın hesabına formalaşıb. Təbii qazın 47 faizi istehlak, 34,9 faizi ixrac olunub, 6,4 faizi itkiyə gedib, 11,7 faizi isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,7 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,3 faizi isə əhaliyə satılıb.

2017-ci ilin yanvar-mart aylarında 2357,2 milyon kub metr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 1278,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox təbii qaz istehlak edilib, onun 33,4 faizi Bakı şəhərinin, 4,4 faizi Naxçıvan Muxtar Respublikasının, 17,7 faizi Aran, 13,2 faizi Gəncə-Qazax, 9,0 faizi Abşeron, 6,7 faizi Lənkəran, 5,3 faizi Şəki-Zaqatala, 5,2 faizi Quba-Xaçmaz, 2,8 faizi Dağlıq Şirvan, 2,3 faizi isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler